Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” reallaşıb. Oktyabrın 3-dən 6-dək davam edən yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası qüvvəsini sınayıb.
Naxçıvandan məşqçi Humay Qafarovanın rəhbərliyi ilə 7 gimnast turnirdə öz bacarıqlarını nümayiş etdirib. Gimnastlarımızdan ikisi fərdi çıxışlarda uğurla çıxış edərək hərəyə 1 medal qazanmağı bacarıblar.
Aydan Hüseynli (2013-cü il təvəllüdlü) halqa ilə çıxışlarda uğur qazanaraq həm öz adına, həm də Naxçıvanda gimnastika adına ilkə nail olub. Gimnastımızın çıxışı münsiflər heyəti tərəfindən yüksək balla dəyərləndirilib və nəticədə o, birinci yerin sahibi kimi qızıl medala layiq görülüb.
Digər təmsilçimiz İlay Sangur (2014-cü il təvəllüdlü) da mükafatçılar sırasına düşüb. İlay halqa ilə hərəkərlərdə gümüş medal qazanıb.